Astarada avtoxuliqanlıq edən şəxs saxlanılıb

  • Space TV
  • 24 Dekabr 2019 15:39

Avtoxuliqan şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edib, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradıb. Avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini olan Hikmət Hətəmli “Mercedes” markalı avtomobillə edib. Daha sonra isə idarəetməni itirib və avtomobili yolun kənarında dayanmış “Nissan” markalı maşına vurub.

Yol polisi əməkdaşları tərəfindən saxlanılan avtoxuliqanın avtomobili etibarnaməsiz, həmçinin sürücülük hüququ olmadan idarə etdiyi məlum olub. 

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Rövşən Almazoğlu Space Astara

Paylaş

 Xəbəriniz olsun