Astarada avtoxuliqanlıq edən şəxs həbs olundu

  • Space TV
  • 24 Avqust 2020 10:22

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Spacetv.az-ın xəbərinə görə, Astara rayonunun Siyakü kənd sakini S.Şahbazov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edib və bu zaman çəkilən video onun tanışları tərəfindən sosial şəbəkəyə yerləşdirilib.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan S.Şahbazov barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub.

Paylaş

 Xəbəriniz olsun