Astarada 54 yaşlı kişi çayda batdı

  • Space TV
  • 23 Noyabr 2020 10:18

Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb. 

Fövqəladə Hallar Nazirliyindən Spacetv.az-a verilən məlumata görə, həmin şəxs 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğludur. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Paylaş

 Xəbəriniz olsun