Astarada 5 ailə yeni ili yeni evində qarşılayacaq

  • Space TV
  • 23 Dekabr 2019 14:19

Ölkəmizdə Qarabağ müharibəsi əlilləri  və Şəhid aillərinin sosial müdafiəsinin gücləndirilməsi , habelə mənzil-məşət şəraitinin yaxşılaşdırlması istiqmətində görülən işlər davam etdirilir. Astarada daha 5 Qarabağ müharibəsi əlili evlə təmin edildi. Onlardan biri də Qarabağ müharibəsi əlili, rayonun Təngərüd kənd sakini Əminağa Əliyevdir.

Fərdi yaşayış evi ilə təmin olunanlardan biri də   1994-cü ildə Tərtər uğrunda gedən döyüşlər zamanı əlil olan Təngərud kənd sakini Rafiq Əlievdir.   10 sot həyətyanı sahəsi olan 3 otaqlı  fərdi yaşayış evində hər cür şərait yaradılıb.

Astarada   daha 3 Qarabağ müharibəsi əlili  – Musa  Novruzov, Loğman Bağırov və Ədalət  Rüstəmovun ailəsi  də  Dövlət başçısının bu istiqamətdə tapşırığının icrası ilə  müasir üslubda inşa edilmiş  3 otaqlı  tam təmirli  fərdi yaşayış evi ilə təmin olunublar.  Evlər mərkəzləşdirilmiş istilik sistemi , daimi qaz, su, işıq  və mətbəx mebeli  ilə təchiz olunub.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun