Astarada 3 otaqlı ev yanıb

  • Space TV
  • 10 Dekabr 2019 11:17

Rayonunun Şiyəkəran kəndində Sadiq Qulamovun atasına məxsus olan və özünün tək yaşadığı evdə yanğın olub. 3 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğınsöndürənlər tərəfindən 58 yaşlı kişinin meyiti aşkar edilib. Məlum olub ki, ölən şəxs ev sahibi ilə dostluq edən Cabir Əliyevdir.

Aldığımız məlumatlara görə, bir neçə dəfə məhkum olunmuş və 6 ay əvvəl həbsdən çıxmış Sadiq Qulamovun Cabir Əliyevi qətlə yetirdikdən sonra evi yandırması faktı da istisna edilmir. Meyit daxili və xarici müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun