Astara sakini psixatrop maddə satan vaxt tutulub

  • Space TV
  • 8 Yanvar 2020 11:12

Astara polisi rayonun Şahağacı kənd sakini Elzamin Feyruzzadəni cinayət başında tutub. O, 1 bükümdə çəkisi 0,2 qram psixatrop maddə olan metamfetamini satarkən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əlavə olaraq satış məqsədilə saxladığı 11 büküm metamfetamin aşkarlanıb. Davam edən əməliyyat tədbirləri nəticəsində müəyyən olub ki, Elizamin Feyruzzadə həmin psixatrop maddəni həmkəndlisi Həbib Muxtarovdan əldə edib. Əvvələr məhkumluq həyatı yaşamış Həbib Muxtarov da polis əməkdaşları tərəfindən Şahağacı kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi 13 bükümdə metamfetamin ondan götürülüb. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun