Astara 25 ildən sonra

  • SpaceTV
  • 10 Oktyabr 2019 15:39

Astara rayonunun yüksək dağlıq ərazisində yerləşən  Sekaşan kəndinin sakinləri uzun illərdir ki, elektrik enerjisinin təminatında çətinliklərlə üzləşirdilər. Altı ailənin yaşadığı Sekaşan kəndinin sakinləri 1994-cü ilə kimi elektrik enerjisindən istifadə etsələr də, uzun illər baxımsızlıq ucbatından elektrik naqilləri və dirəkləri sıradan çıxdığı üçün kənd işıqsız qalmışdı. Ölkə başçısının müvafiq sərəncamından sonra kəndə 25 ildən sonra elektrik enerjisinin verilməsi təmin edilib. İllərdir işığa həsrət qalan sakinlər indi çox sevinclidirlər.

Kənddə tikinti və quraşdırma işlərinə avqustun əvvəllərindən başlanılıb. Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə, ən çətin relyefdə yerləşən bu kənddə texnikadan istifadə etmək mümkün olmadığından şəbəkə əl əməyi ilə qurulub. 

Qeyd edək ki, yaxın günlərdə Astara rayonunun Doli və Diqo kəndlərinə də elektrik enerjisinin verilməsi bərpa ediləcək.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun