AŞPA prezidentinin Azərbaycana səfəri başlayıb

  • SpaceTV
  • 11 Sentyabr 2019 10:58

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskyenin Azərbaycana rəsmi səfəri başlayıb. 

Səfər çərçivəsində AŞPA prezidentinin Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsi və İntizam Komissiyasının üzvləri ilə görüşlər keçirəcəyi planlaşdırırlıb.

Eyni zamanda L.M.Paskye Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək “Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa“ adlı konfransda iştirak edəcək.

Paylaş

 Xəbəriniz olsun