AŞPA prezidenti sabah Azərbaycana rəsmi səfərə gəlir

  • SpaceTV
  • 10 Sentyabr 2019 16:02

AŞPA prezidenti Lilian Mori Paskie (Liliane Maury Pasquier) sentyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək. AŞPA sədri Bakıda Avropa Şurasının 70 illiyinə həsr olunmuş “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” adlı yüksək səviyyəli konfransa qatılacaq.

Space TV – nin AŞPA-ya istinadən verdiyi məlumata görə, səfər proqramında onun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

O, həmçinin, parlamentin Ailə, qadın, uşaq məsələləri Komitəsi və İntizam Komitəsi üzvləri ilə fikir mübadiləsi aparacaq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzləri ilə görüşəcək.

Paylaş

 Xəbəriniz olsun