Asiyanın inkişaf edən ölkələrində ilk dəfə ÜDM azalacaq

  • Space TV
  • 2 Oktyabr 2020 15:04

Bu il Asiyanın inkişaf edən ölkələrində 1960-cı ildən sonra ilk dəfə iqtisadi tənəzzül, 2021-ci ildə isə COVID-19 pandemiyasının fəsadları aradan qaldıqca iqtisadi artımın davam edəcəyi gözlənilir.

Spacetv.az xəbər verir ki, Asiya İnkişaf Bankının (ADB) sentyabr ayında yayımlanan hesabatına görə bu il sözügedən ölkələrdə ÜDM 0,7 faiz azalacaq ki, bu da 1960-cı illərin əvvəlindən etibarən ilk azalma olacaq. Bunun müqabilində 2021-ci ildə 6,8 faizlik artım gözlənilir. Həmçinin gələn ilki sənaye istehsalı pandemiyadan əvvəlki proqnozlardan az olmaqla V şəkilli yox, L şəkilli inkişaf variantına uyğun gəlir. Belə ki, region ölkələrinin dörddə üçünə yaxınında iqtisadi artım mənfi rəqəmlərlə ifadə olunacaq.

COVID-19 pandemiyasının uzanması regionda iqtisadi artımla bağlı həm cari, həm də gələcək il üçün qeyri-nikbin proqnozların başlıca səbəbidir. Bununla bağlı region ölkələrində məcmu ÜDM-in 15 faizinə müvafiq olan 3,6 trilyon ABŞ dollar həcmində daha çox gəlirləri qorumağa yönələn müxtəlif dəstək proqramları, habelə digər tədbirlər həyata keçirilir.

Paylaş

 Xəbəriniz olsun