ASİM MOLLAZADƏ: “Elçibəylə Kələkiyə gettim” – VİDEO

  • SpaceTV
  • 18 May 2020 15:12

“1992-ci ilin dekabr ayında bizim analtik mərkəz də yazmışdı ki, ciddi dəyişikliklər olmasa Xalq Cəbhəsi iyun ayında hakimiyyəti itrəcək”. Bunu Space TV-də yayımlanan “Sadə Həqiqətlər” verilişində Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. Partiya sədri Əbülfəz Elçibəy Bakini tərk edərkən onunla birlikdə Kələkiyə getdiyini bildirib: “İyunda və bir neçə il Naxçıvanda, Ordubad rayonunun Kələki kəndində yaşadım. İyun ayında Heydər Əliyev hakimiyyətə gələndə parlamentdə dinləmələrdə mən də  iştirak edirdim. Orada ona mane olmaq istəyirdilər.  Heydər Əliyev dəvət olunmuşdu, çox gözəl anlayırdılar ki, hakimiyyəti qoruyub saxlamaq mümkün olmayacaq. Hətta mən sizə deyim ki, parlamentdə keçmiş Sovet İttifaqının adamları var idi, Heydər Əliyevin seçilməyinə mane olmaq istəyirdilər. Həmin vaxtada mən Heydər Əliyevlədə görüşmüşdüm və əslində onun Ali Sovetin sədri seçilməsi üçün çox kömək etmək istəyirdik”.  Asim Mollazadə Xalq Cəbhəsindən ayrılmasının səbələrinə dəı aydınlıq gətirib. O, partiyadan çıxmasını inqilabların əleyhinə olması ilə izah edib: “Onlar inqilaba çağırırdılar. 2004-cü ildə narıncı inqilablar baş verirdi. Mən də çox gözəl bilirəm ki, inqilab olan ölkələr ancaq geriyə gediblər. Men cıxıb etiraf etdim ki, inkişaf lazımdır, inqilablarla inkişaf olmur. Narıncı, qızılgül inqlablarının axırı olmadı. Biz Xalq Cəbhəsindən ayrılıb yeni partiya yaradarkən Azərbaycana heç bir inqilabın lazım olmadığını bəyan etdik. Düşünürük ki, hamı inqilab yolu yox, təkamül yolu ilə ölkəni dəyişdirməyə çalışmalıdır. Onun üçün də mən fərqli siyasi yolu, təkamül yolunu seçdim”.

Paylaş

 Xəbəriniz olsun