ASAN xidmətin rəsmisi

  • SpaceTV
  • 12 Sentyabr 2019 14:18

İnsanların işini sözün əsl mənasında asanlaşdıran ASAN xidmət öz  səyyar fəaliyyətinə davam edir. Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi vətəndaşlar üçün əlçatanlığın təmin edilməsidir. Artıq vətəndaşlar yaşayış yerlərinə yaxın müvafiq səyyar ASAN xidmət maşınlarına yaxınlaşaraq çox məsafə qət etmədən xidmətlərdən rahat yararlana bilirlər.

Səyyar ASAN xidmət paytaxtın və eləcə də bölgələrin bir sıra ərazilərini gəzməyə davam edir.

ASAN xidmət mərkəzinin səyyar maşınları bu ayın 2-dən oktyabrın 1-dək Binəqədi, Maştağa və Binə qəsəbələrində, 5 və 16 sentyabr aralığında isə Lökbatan qəsəbəsində vətəndaşlara  xidmət göstərəcək. Səyyar ASAN xidmətdə vətəndaşlar, notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək təqaüdlərinin təyin edilməsi və başqa xidmətlərdən yararlana bilərlər.

Bu günə qədər Səyyar ASAN Xidmət vasitəsi ilə 1 milyon 922 min vətəndaşa müvafiq xidmətlər göstərilib. Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi vətəndaşlar üçün əlçatanlığın təmin edilməsidir. Artıq vətəndaşlar yaşayış yerlərinə yaxın müvafiq səyyar  ASAN xidmət maşınlarına yaxınlaşaraq çox məsafə qət etmədən xidmətlərdən yararlana bilərlər.

Orxan Şükür –  Space

Paylaş

 Xəbəriniz olsun