ASAN könüllüləri “Dinamik Gənclik Həftəsi” layihəsini reallaşdırıblar

  • Space TV
  • 2 Fevral 2021 15:37

ASAN könüllüləri 2 fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Dinamik Gənclik Həftəsi” layihəsini gerçəkləşdiriblər.

1 həftə davam edən layihənin əsas məqsədi gənclərin maarifləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkili olub. Bu istiqamətdə intellektual oyunlar, musiqi gecələri, ekskursiyalar, təlimlər, maarifləndirici görüşlər və s. müxtəlif tədbirlər reallaşdırılıb.

Layihə çərçivəsində ulu öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarı ziyarət edilib. Həmçinin ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanda yad edilib.

Mərdəkan Dendrarisinə, “İDEA” Heyvanlara Qayğı Mərkəzinə, Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna, “Cıdır Düzü” atçılıq mərkəzinə təşkil olunmuş ekskursiyalar zamanı könüllülər hər bir qurumun fəaliyyəti ilə yaxından tanış olublar.

ASAN könüllülərinin rəsmi facebook hesabında canlı yayımlanan “Gənclik” intellektual viktorinası, o cümlədən şahmata olan həvəsin artırılması məqsədi ilə təşkil olunan “Onlayn şahmat turniri” gənclərin intellekt səviyyəsinin inkişafı istiqamətində gerçəkləşib.

Asudə vaxtın səmərəli təşkili üçün eko çantalar üzərində rəsm çəkilməsi, xalça toxunması, dulusçuluq kimi maarifləndirici master-klasslar təşkil olunub.

Həmçinin “Anchor”, “Apple podcast”, “Google podcast”, “Radio public”, “Castbox”, “İtunes” və.s beynəlxalq plotformalarda 9 müxtəlif mövzu üzrə podcastlar yüklənib.

“Gənc nəslin yumor anlayışı – Müasir Molla Nəsrəddinçilər” mövzusunda Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə ilə, “Milli və mənəvi dəyərlər – Müasir ədəbiyyat” mövzusunda yazıçı Çingiz Abdullayevlə, “İnformasiya müharibəsində gənclərin rolu” mövzusunda mütəxəssis Fərid Pərdəşünasla görüşlər baş tutub.

Xaricdə təhsil istiqamətdə təşkil olunan “Education Hunting” tədbirində İtaliya, Almaniya, ABŞ, Kanada, İngiltərə, Latviya və Asiya ölkələrində təhsil imkanları ilə bağlı gənclər məlumatlandırılıblar.

“Dinamik Gənclik Həftəsi” layihəsi “Könüllülüyün həyatımızda və karyeramızdakı əhəmiyyəti” mövzusunda Işıl Şahanla görüş və ASAN könüllülərindən ibarət musiqi trubbasının konsert proqramı ilə yekunlaşacaq.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Paylaş

 Xəbəriniz olsun