Arxeoloqlar üzərində “Mona Liza” əsərinin oxşarı təsvir olunmuş qədim mozaika aşkar edib

  • Space TV
  • 12 Noyabr 2020 10:59

Arxeoloqlar Türkiyənin Osmaniyyə vilayətinin Kadirli rayonunda apardıqları qazıntılar zamanı qadın fiqurunu əks etdirən qədim mozaika tapıblar.

Spacetv.az xəbər verir ki, bu barədə “Hurriyet Daily News” nəşri məlumat yayıb.

Alimlər tapıntıya “Mona Liza Kadirli” adını verib, belə ki, mozaikada təsvir olunan naməlum qadın təsviri Leonardo da Vinçinin məşhur rəsm əsərinə bənzəyir.

Arxeolaqlar tapıntını eramızın I-II əsrinə aid edir.

Mozaika barədə əlavə məlumat verilmir. Qeyri-adi tapıntı elm adamları tərəfindən araşdırılır.

Paylaş

 Xəbəriniz olsun