“Arxa otağa keçək və mən sübut edim” sözləri ilə qınaq obyektinə çevrilən aktyor vətəni birdəfəlik tərk etdi

  • Space TV
  • 18 Dekabr 2019 11:35

Son günlər qalmaqallı açıqlamaları ilə gündəmdə olan aktyor Can Yaman Türkiyəyə geri dönməyəcək.

SPACE TV xəbər verir ki, aktyor düzgün başa düşülmədiyinə və hər kəsdən küsdüyünə görə Türkiyəni tərk edib.

Keçən həftə Braziliyaya gedən aktyor geri qayıtmayacağını bildirib.

Yanvar ayında 45 günlük əsgərlik xidmətini çəkdikdən sonra Can Yaman İtaliyada “Survivor” yarışmasını aparacaq.

Aktyor yarışma bitdikdən sonra da xaricdə qalacağını və Türkiyəyə dönməyəcəyini açıqlayıb.

Xatırladaq ki, seriallarda oynadığı qadın həmkarlarını və onu sevən xanımları təhqir edən aktyorun fevral ayında çəkilməsi planlaşdırılan “Can borcu” serialı da təxirə salınıb.

Aktyorun İspaniyada televiziya proqramında tamaşaçıya “arxa otağa keçək və mən sübut edim” sözləri deməsi serialın prodüserini əsəbiləşdirib. Serialın gələn ilin sentyabr ayında çəkilməsi nəzərdə tutulub.  

Eyni zamanda, Can Yaman öncə serialın reytinqli olması üçün qadın həmkarları ilə “mütləq sevgili olunmalıdır” fikri ilə Türkiyədə qınaq obyektinə çevrilib.

Qeyd edək ki, Can Yaman “Erkençi Kuş” serialı ilə dünyada tanınıb. Son vaxtlar isə xarici ölkələrə səfərləri və açıqlamaları ilə gündəmdədir.

Paylaş

 Xəbəriniz olsun