Arx sistemi yenilənir

  • SpaceTV
  • 18 Sentyabr 2020 13:53

Artıq payız fəsli öz leysan yağışları ilə qapımızı döyməyə başlayıb. Şəki şəhərində  normadan artıq yağan yağış daim problemlərə səbəb olur. Space TV xəbər verir ki, dolub-daşan arx suları şəhərin küçələrinə yayılır. Problemlərin qarşısını almaq üçün Şəkidə arx sistemi yenilənir.

Hər dəfə güclü leysan yağışları yağanda Şəki şəhərinin yolları keçilməz çaylara dönür. Buna səbəb arx sisteminin su ötürmə qabiliyyətini  itirməsidir. Belə olan halda yağış sularından əmələ gələn sel daşaraq Şəki şəhərinin yollarına düşür. Hələ keçmişdən bu günə arxçı peşəsi də qalıb. Arxçı yağış zamanı arxların tıxaclarını zibil və yarpaqdan təmizləyib sel sularına yol açardı. Artıq arxçıların da işi yüngülləşəcək. Problemin həlli istiqamətində geniş miqyaslı təmir işləri aparılır.

Şəki şəhərinin coğrafi quruluşu şəhərin dağlarla əhatə olunması arx sisteminin mövcudluğunu vacib edir. Məhz bu arxlar sayəsində 100 illərlə dağlardan axan yağış suları şəhərdən uzaqlaşdırılır. Şəhər bu gün inkişaf edir və genişlənir. Artıq arxlar sistemi 10 km -lərlə ölçülür. Mütəxəssislər su ötürülməsini yaxşılaşdırmaq üçün texnika vasitəsi ilə köhnə arxların yerini dərinləşdirib beton ötürücülərə üstünlük veriblər. Təmir işləri paralel olaraq eyni vaxtda bir-neçə küçədə aparılır.

Paylaş

 Xəbəriniz olsun