Arvadını qumarda uduzdu

  • SpaceTV
  • 16 Noyabr 2019 15:06

Hindistan sakini arvadını qumarda uduzub.

SPACE TV  bildirir ki, Binod Kumar Şah adlı qumarbaz arvadı Çanda Devini qumarda yoldaşına uduzub.

Qadın onun qumar yoldaşı ilə getmək istəməyəndə, Şah ona hücum edib.

Devi bununla bağlı polisə müraciət etsə də, onun şikayətinə baxılmayıb.

Şikayətə Devi məhkəməyə müraciət edəndən sonra baxılıb.

Hazırda hadisə araşdırılır.

Devi isə bu hadisədən sonra ərindən ayrılaraq, atası evinə qayıdıb.

Paylaş

 Xəbəriniz olsun