Arvadı ilə qızını xilas etdi, özü boğulub öldü

  • SpaceTV
  • 6 İyul 2020 09:58

Qayığın çevrilməsi nəticəsində çaya düşən arvadı ilə qızını xilas etmiş kişi çayda boğularaq həlak olub.

“Tatar-İnform” xəbər verir ki, faciə Tatarıstanın Mendeleyev rayonundakı İkskoye Ustye kəndinin yaxınlığında, Kama çayında baş verib.

Qayığın qəflətən çevrilməsi nəticəsində yeddi nəfər, o cümlədən, bir uşaq suya düşüb.

Yaxınlıqdan qayıqla keçən bir nəfər onların köməyinə gəlib. Altı nəfər xilas ola bilsə də, bir kişi həyatını itirib. O, arvadı ilə qızını yardıma gələn qayığa mindirməyə macal tapıb, özü isə boğularaq ölüb.

Paylaş

 Xəbəriniz olsun