Artıq 2 gündür ki, Bakı səssizdir – VİDEO

  • Space TV
  • 8 İyun 2020 14:05

8 iyun səhər 6-dək  davam edəcək sərt karantin rejimində  sakinlər yaşayış yerlərini həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, həmçinin təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, və yaxın qohumların dəfnində iştirak etmək üçün tərk edə bilərlər ki, bu da yalnız xüsusi icazə vasitəsi ilə mümkündür.  

Bakı Şəhəri Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirdi ki, paytaxtda 80-ə yaxın belə  post fəaliyyət göstərir. Lakin buna baxmayaraq qadağaları pozan vətəndaşlara da rast gəlinir.

Qadağaların tətbiqindən bir neçə gün öncə bütün qaydalar ictimaiyyətin nəzərinə çatdırıldı. Bu qaydalardan biri də fərdi nəqliyyat vasitələrindən istifadənin məhdudlaşdırılmasıdır. Fəaliyyətinə icazə verilən qurumların əməkdaşları isə yalnız işlədiyi təşkilatın xidməti avtomobilləri vasitəsi ilə iş yerinə gələ bilərlər. Bəzi vətəndaşlar isə bu qaydaya zidd gedərək iş yerlərinə öz avtomobilləri ilə getməyə cəhd etdilər. Bakı Şəhəri  Dövlət Yol Polis İdarəsindən bildirildi ki, icazələri olsa belə fərdi nəqliyyat vasitəsindən istifadə etdiklərinə görə həmin vətəndaşlar barəsində də müvafiq inzibati tədbirlər görüldü.

Qeyd edək ki, mart ayında koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən  xüsusi karantin rejimi üçüncü aydır ki, vaxtaşırı müxtəlif yumşaldılmalar olmasına baxmayaraq,  qüvvədə qalır. 

ORXAN ŞÜKÜR  SPACE TV

Paylaş

 Xəbəriniz olsun