“Arsenal”ının prezidenti Çips Kesvik klubu tərk etdi

  • SpaceTV
  • 29 May 2020 10:45

London “Arsenal”ının prezidenti Çips Kesvik klubu tərk etməyə qərar verib.

SPACE TV  bu barədə report-a istinadən xəbər verir.

Keçmiş klub rəhbəri yeddi il boyunca paytaxt komandasına rəhbərlik edib. Bu ilin fevralında onun 80 yaşı tamam olub.

Qeyd edək ki, bundan sonra “Arsenal”ın Direktorlar Şurası dörd nümayəndədən – Sten Kronkedən, Joş Kronkedən, Lord Harrisdən və Ken Frayardan ibarət olacaq.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümü iyunun 17-də bərpa olunacaq.

Paylaş

 Xəbəriniz olsun