“Arsenal” yeni baş məşqçi ilə ilk qələbəsini qazanıb

  • Space TV
  • 2 Yanvar 2020 12:25

Londonun “Arsenal” futbol klubu İngiltərə çempionatının 21-ci turu çərçivəsində “Mançester Yunayted”ə qalib gəlib.

SPACE TV xəbər verir ki, London təmsilçisi rəqibinin qapısından 2 cavabsız top keçirib.

Qarşılaşmada hesab 8-ci dəqiqədə açılıb. “Arsenal”ın heyətində Nikolya Pepe fərqlənib. Matçda ikinci və sonuncu qol da birinci hissədə vurulub. Qarşılaşmanın 42-ci dəqiqəsində Sokratis Papastatopulos London azarkeşlərini sevindirib – 2:0.

Bununla da “Arsenal” Premyer Liqada qələbəsiz dörd matç seriyasına son qoyub. Komanda ilk dəfə Mikel Artetin dekabrın 20-də ona rəhbərlik etməsindən sonra matçdan qalib qalib ayrılıb. London klubu 27 xal yığaraq yarış cədvəlində 10-cu yer tutur. “Mançester Yunayted” isə 31 xalla beşinci yerdə qərarlaşıb.

London təmsilçisi növbəti turda yanvarın 11-də səfərdə “Kristal Pelas”la qarşılaşacaq. “Mançester Yunayted” həmin gün “Norviç”i qəbul edəcək.

Paylaş

 Xəbəriniz olsun