“Arsenal” sevgilisinə görə Madriddə karantini pozmuş futbolçunu istəyir

  • SpaceTV
  • 31 Mart 2020 14:57

İngiltərənin “Arsenal” klubu Madrid “Real”ının futbolçusu Luka Yoviçi heyətinə qatmaq istəyir.

SPACE TV xəbər verir ki, yayda qabonlu Pyer-Emerik Obameyanqın London klubunu tərk edəcəyi, onun yerinə isə serb hücumçunun alınacağı gözlənilir.

“Ayntraxt”ın sabiq baş məşqçisi Draqoslav Stepanoviç də “Real”la ötən yay altı illik müqavilə bağlamış Yoviçin özünə yeni iş yeri axtardığını bildirib. Bosniya və Herseqovina serbi olan Yoviç ötən mövsüm Frankfurt klubunda 48 oyunda 27 qol vursa da, cari mövsümdə cəmi iki dəfə fərqlənə bilib.

Qeyd edək ki, Luka Yoviç sevgilisi Sofiya Miloşeviçə görə Madriddəki karantin rejimini pozaraq Serbiyaya gedib.

Paylaş

 Xəbəriniz olsun