Arpine Ovannisyan: “Bu kiçik ölkədə adı Nikol Vovayeviç Paşinyan olan böyük bir fəlakət baş verdi”

  • Space TV
  • 14 Noyabr 2020 12:30

“Bu kiçik ölkədə adı Nikol Vovayeviç Paşinyan olan böyük bir fəlakət baş verdi. Onun gedişi həm Ermənistana, həm də Qarabağa lazımdır”.

Spacetv.az xəbər verir ki, Aysor.am-ın məlumatına görə, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan deyib.

“Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli razılaşma – artıq icra edilməyə başlanmış siyasi sənəddir. Öz evlərini yandıran kəlbəcərlilərin deportasiyasına saatlar qalıb. Bu sənədlə hər şey indi başlayır, bitmir. Sənəd yeni sənədlər təklif edir, orada erməni tərəfi üçün çoxsaylı minalar var”, – deyə A.Ovannisyan bildirib.

A.Ovannisyan qeyd edib ki, Nikol Paşinyan Ermənistan tərəfi üçün ən pis sənədi imzalayıb.

Paylaş

 Xəbəriniz olsun