Arpa səpini

  • SpaceTV
  • 25 Oktyabr 2019 15:15

Biləsuvar rayonunda bu ilin payızında gələn ilin məhsulu üçün 16 min hektar sahədə bugda, 14 min hektarda isə arpa əkini proqnozlaşdırılır. Səpin üçün 5500 tona yaxın “Qarabağ-33”, “Qarabağ-22”, “Cəlilabad-19” arpa toxumu, “Əzəmət-95”, “Zirvə-85” kimi yüksək reproduksiyalı buğda toxum sortları tədarük edilib

Arpa səpinini qısa və optimal müddətdə başa çatdırmaqdan ötrü sahələrə 204 şum traktoru, 57 mala, 63 səpin aqreqatı cəlb olunub. Əkin zamanı torpaq sahibləri aqrotexniki normativə uyğun olaraq 1 hektar üçün 180 kiloqram arpa, paralel olaraq amafos gübrəsindən də istifadə edirlər. Eyni zamanda toxumun həşəratlardan mühafizə olunması məqsədi ilə “Rubin” kimyəvi preparatlarından da istifadə olunur. Səpin sürətlə davam etdiyindən rayonda qısa müddətdə 2 min hektar sahədə arpa əkini aparılıb. Qeyd edək ki,  cari təsərrüfat ilində rayonda 29 min hektar sahədən 94 min 220 ton taxıl istehsal olunub ki,  bu da ötən ildəkindən 12 min ton çoxdur.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun