Arif Rəhimzadə YAP-ın yeni şurasının sədri oldu

  • Space TV
  • 5 Mart 2021 13:57

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası ləğv edilib. 

Spacetv.az-ın məlumatına əsasən, bu barədə YAP-ın qurultayında qərar qəbul edilib. 

Siyasi Şuranın əvəzinə Veteranlar Şurası yaradılıb. 

Eks-deputat Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib. Sədaqət Qəhrəmanova isə onun müavini seçilib.

Paylaş

 Xəbəriniz olsun