Arı südü

  • Space TV
  • 23 Oktyabr 2019 14:34

Bütün bunlar  arının qışlamaya  getdiyi  bir ərəfədə   qazaxlı  arıçı  İlqar Həsənovun   dediklərindəndir. Min bir  dərdin dərmanı olan  balın  əldə olunması    qış qulluğundan asılıdır  .

Qazaxlı  arıçı İlqar Həsənov bu sahədə   kimyəvi  maddələrdən imtina edərək əvəzində   təbii  vasitələr olan  dağ bitkiləri  quzuqulağı turşusu və  yovşan bitgisinin  çiçəyindən istifadə  edir bununlada  arıçı   təsərüfatını   kütləvi məhvdən qorumuş olur . Arıçının sözlərinə   görə arı ailəsinə  verilən Kimyəvi  maddələr  3 il   qutunun daxilində  hökm sürür  buda əldə olunan bala  öz mənfi  təsirini  göstərə  bilir .18 ildir ki   arıçılıqla məşğul olan  İlqar Həsənov   bildirir  ki , əvvəllər  köhnə üsulla  arı  qutusunu  soyuqdan qoruyardı . Erkən yazda isə  arılarının çoxunun sıradan çıxdığına şahidlik edib . Lakin  son 8 ildə bunun əksini edərək   yaxşı  nəticə  əldə  edib  .  Belə ki,  arıçı  düşünür ki arının qışlama  dövründə   nəinki   hər hansı  parca ilə  əhatə  etmək  əksinə   arı ailəsini daha  açıq şəraitdə  qışa  yola salmaq lazımdır . Bu  zaman arı yeni  fəsilə daha sağlam çıxır .   Bunun nəticəsidir  ki  İlqar Həsənov   arı  ailəsinin sayını  80 ə  çatdırıb  . Hazırda  təsərüfatında olan əksər  arı  ailəsinin yerləşdiyi  pətəklərin  alt hissəsi  taxta əvəzinə dəmir  torla əvəzləyib  .  Bu da  havalanmanı  təmin edir rütubəti aradan qaldırır  .  Bundan başqa  arıçı bildiri ki   Arının balı  süzüldükdən sonra  arı  ailəsinin  yeni  elə   həmin ərəfədə   təmin olunmalıdır. Arıçı  izah edir  ki  yemlənən  arı işləyir  buda arının  ömrünün  azalması  deməkdir. Nəzərə alsaq ki  işləyən arı  45  gün yaşayacaq  bu  halda  yemlədiyimiz arının  törəmələrini  biz  işdən azad edərək onun ömrünü  birazda  uzatmış oluruq . İlqar Həsənov düşünür ki  bu üsul erkən yazda   iki nəsil bala  vermək   qabiliyyəti olur və  arı  ailəsidə   sürətlə –  sağlam  faliyyətə  başlayır  .

Bu gün Qazaxda  495 arıçının 604  arı ailəsi  var  hər bir  arıçıda  dövlətdən  subsidya   alır. amma onlarda  Arı məhsulu olan  arısüdünün istehsalına  baxan  demək olar ki  təkcə  İlqar Həsənovdur . Arıçı  bu məhsulun  faydasından danışaraq  arısüdünün sonsuzluqda əvəzinin olmadığını deyir  .

Bu il  5 kiloqrama qədər  Arı südü əldə  edən  İlqar Həsənov növbəti il  Həm arı ailəsini həmdə  Arı məhsullarının  çeşidlərinidə  artırmağı  düşünür. 

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun