Arı şanı üzərində “Allah” sözü

  • SpaceTV
  • 24 Sentyabr 2019 21:00

Təbiət bizi hər zaman təəccübləndirir. Bir çox meyvələrdə,torpaq üzərində,buludlarda dini kəlamların olduğunu müşahidə etmişik. Bu dəfə isə uca yaradanın adı arı şanı üzərində öz əksini tapıb. Bu gözəl hadisə Oğuz rayonunda baş verib.

Oğuzda bir arıçılıq təssərüfatında ortaya çıxan mənzərə hər kəsi təəccübləndirib. Əliyevlər ailəsinə məxsus arı ailələrinin birində arı şanının üzərində Allah sözü yazılıb. Uzun illərdir arıçılıqla məşğul olan Şuşa rayonundan məcburi köçkün Səxavət Əliyev ilk dəfə belə bir halla qarşılaşdığını deyir. Onun sözlərinə görə bu maraqlı mənzərə böyük yaradanın qüdrətinin göstəricisidir.

Ailə başçısı Müzəffər kişi söyləyir ki, arıçılıq onlara ata-babalarından qalıb. Şuşada atasının 500 arı ailəsi olub, məcburi köçkün düşdükdən sonra isə bu ənənəni özü və oğlu davam etdirir. Allahın onlara bəxş etdiyi bu möcüzəni heç vaxt satmaq fikri olmayıb. Hətta ərəb turistlər bu şana görə cəlbedici məbləğ də təklif ediblər.

Bəzən insanlar arının onlara verdiyi bal üzərində saxtakarlıq etməklə özlərini aldadırlar. Ancaq ulu tanrı zaman keçdikcə arının min bir zəhməti ilə ərsəyə gələn balda haramçılığın yol verilməz olduğunu bir daha bizlərə göstərir…

İlkin Piranov Space-Oğuz

Paylaş

 Xəbəriniz olsun