Ardıcıl iki dəfə karantini pozan turist yarım milyon dollar cərimə ödəməli olacaq

  • Space TV
  • 29 Avqust 2020 10:08

ABŞ-ın Kentukki ştatının sakini Con Penninqton Kanadada iki dəfə karantin qaydalarını pozduğuna görə təxminən 500 min dollar (850 min manat) cərimə ödəyə bilər.

Bu barədə “Travel and Leisure” məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, C. Penninqton iyun ayında Alyaskadan ABŞ-ın kontinental hissəsinə səfər edib. Səfər zamanı o, iki dəfə  ABŞ vətəndaşları üçün qəbulun qadağan edildiyi Kanadanın Banff Milli Parkındakı hotellərdən birində gecələyib.

Hotel rəhbərliyi bu barədə səlahiyyətli qurumları məlumatlandırıb.

Hotelə gələn polislər ABŞ vətəndaşını 900 dollar (1 530 manat) məbləğində cərimə edib.

C. Penninqtona gecələməyə bir şərtlə icazə verilib ki, o, rəsmi icazə verilməyənə qədər hoteli tərk edə bilməz.

Lakin ABŞ-dan olan turist qaydalara əməl etməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu Banff Milli Parkının ərazisində gəzərkən saxlayıb və həbs ediblər.

C. Pennington, təxminən 500 min dollar (850 min manat) cərimə və ya altı ay həbs cəzası ilə üzləşəcək.

Paylaş

 Xəbəriniz olsun