Arda Turan koronavirusa yoluxub

  • Space TV
  • 17 Noyabr 2020 15:29

“Qalatasaray” klubunun ulduz futbolçusu Arda Turan koronavirusa yoluxduğunu bildirib.

Spacetv.az “Ntvspor”a istinadən xəbər verir ki, yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

33 yaşlı futbolçu hazırda xəstəxanada müalicə olunduğunu və ən qısa zamanda sağalacağına inandığını qeyd edib.

Paylaş

 Xəbəriniz olsun