Araxis məhsuldarlığı bol, qiyməti isə sərfəlidir –Kürdəmirdən REPORTAJ

  • SpaceTV
  • 16 Avqust 2019 13:27

Space.TV-nin xüsusi müxbirinin verdiyi məlumata görə, Kürdəmir  rayonunda  məskunlaşan  Axısqa  türkləri təsərrüfatda pambıqçılıqla yanaşı, digər sahələrlə də məşğul olur. Xüsusən də yerfındığı becərilməsinə böyük önəm verilir. Yerfındığı, başqa adla desək, araxis məhsuldarlığının bol, qiymətinin isə sərfəli olması ilə seçilir.

Tərkibində yağın, zülalın bol olması ilə seçilən yerfındığı paxlakimilər fəsiləsinə aiddir. Kürdəmir rayonunda daha çox Mollakənd kəndi ərazisində əkilir. Bu bitki torpaq arata qoyulduqdan sonra may ayının 1-ci ongünlüyündə texnikalarla toxumsəpmə üsulu ilə əkilir. Cərgələrarası məsafə 90 sm olmalıdır ki, məhsul yaxşı yetişsin.

     İşlərin böyük bir hissəsi əl əməyi ilə görülür. Məhsul yerdən çıxarıldıqdan sonra bir neçə mərhələdən keçirilir. Daha dəqiq desək, sərilir, qurudulur, daha sonra isə sahədən tədarük edilir. Uzun müddət saxlanılması mümkün olduğundan anbarlara yığılır.

          Yerfındığı bitkisi yerli iqlimə uyğun olduğundan yüksək məhsuldarlıq əldə edilir. Hissə-hissə satılan məhsul bəzən bazarlara çıxarılır, bəzən isə elə həyətlərdəcə alıcılara verilir. Alıcılıq qabiliyyətinin yüksək, qiymətinin isə münasib olması fermerlərin bu sahəyə olan marağının artmasına səbəb olur.

Vahid Fəxri –  Kürdəmir  Space 

Paylaş

 Xəbəriniz olsun