Aran bölgəsində arıçılıq təsərrüfatlarında canlanma müşahidə edilir

  • Space TV
  • 5 Mart 2020 13:08

Aran bölgəsində  arıçılıq təsərrüfatlarında  canlanma müşahidə edilir. Hazırda bal arıları saylarını artırmaq üçün bala  vermə dövrünə qədəm qoyub. Saatlıdan olan arıçı Ehtiram Məmmədov bildirir ki,  arıların mövsümə sağlam çıxması üçün hazırda qutulara  ötən ildən qalan bal məhsulu  əlavə edilir. Bu bal məhsulu  arılar üçün   qida məhsulu ilə yanaşı, həm də  mülaicəvi xarakter daşıyır.

Əvvəlki illərlə müqayisədə bu il qış aylarında havalar olduqca mülayim keçdiyindən bu da bal arıları üçün əlverişli deyil. Arıçı Ehtiram Məmmədov belə deyir.

Təsərrüfat sahibinin sözlərinə  görə, qışın mülayim keçməsi  arılara mənfi təsir  göstərməsinə baxmayaraq, qutularda  bala vermə prosessi normaldı. Çox maraqlı həyatı olan bu arılar  öz aralarında  tarlaçı, kəşfiyatçı  və digər  işlərə bölünür.Hətta  qapıda  dayanan  keçikçi  arılar da olur ki,  onlar da  işləyən  arılara nəzarət edir. Təsərrüfat sahibi ötən il olduğu kumi bu il də məhsulun bol olacağına ümid bəsləyir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun