AQTA sədri bir ailədən beş nəfərin göbələkdən zəhərlənməsinə münasibət bildirdi

  • SpaceTV
  • 17 Yanvar 2020 15:53

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ötən gün bir ailənin beş üzvünün göbələkdən zəhərlənməsi faktına münasibət bildirib. 

SPACE TV-in məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı hazırda araşdırmalar aparılır:

“AQTA tərəfindən bütün zəhərlənmələrə münasibət necədirsə, göbələk zəhərlənməsinə qarşı münasibət də elədir. Bütün zəhərlənmələr kimi bu məsələ də tərəfimizdən araşdırılacaq.

Diaqnoz nəticəsində müəyyən olunacaq ki, doğrudan da, göbələkdən zəhərlənib, yoxsa başqa qidadan baş verib

Paylaş

 Xəbəriniz olsun