Aqroparkların rolu

  • Space TV
  • 18 Dekabr 2019 11:56

Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində nəhəng bir addım kimi xarakterizə edilən aqroparkların salınması indi ölkənin aqrar sferasına öz müsbət təsirini göstərir. Ölkə başçısının təşəbbüsü ilə Goranboyda salınan və onun birbaşa iştirakı ilə istifadəyə verilən regionun bu  iri aqrokompleksin fəaliyyəti ilə indiyədək 2500 (iki min beş yüz) hektaradək istifadəsiz   torpaq sahəsi əkinə yararlı vəziyyətə gətirilib. Həmçinin bu kompleksin istifadəyə verilməsi ilə bölgədə məşqulluğun təmini istiqamətində də mühüm addımlar arılıb. Hazırda kompleksdə kənd təsərrüfatı  istehsalının müxtəlif istiqamətləri üzrə 100 nəfərdən artıq işçi çalışır və .

İxtsaslaşdırılmış Toxum istehsalı sahəsində  paketləmə sexi,  son tələblər çərçivəsində taxıl anbarları yaradılıb. Aqroparkda taxıl, arpa, buğda əkini ilə yanaşı, həmçinin  meyvə bağları da salınıb. Ötən il dənli bitgilərdən hər hektara  30-35 sentner məhsul yığılb,  bu il isə bu rəqəm daha da qartaraq, 40 sentner təşkil edib. Burada əkin sahələri amerika istehsalı olan “pivot”  sistemləri ilə suvarılır. Ərazi uzun illər su sarıdan çətinlik çəkdiyindən burada yaradılan su anbarları və pivot suvarma sistemləri bu problemin aradan qaldırılmasında mühüm rol oynayır. Aqrar kompleksdə gələcək üçün nəzərdə tutulan layihələr çərçivəsində heyvandarlıq və balıqçılıq kimi sahələri də yaradılacaq.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun