Aqressiv meymunlar 13 yaşlı qızı öldürdülər

  • SpaceTV
  • 23 Oktyabr 2020 10:38

Hindistanda aqressiv meymunlar 13 yaşlı qızı öldürüblər. 

Spacetv.az REN TV-yə istinadən xəbər verir ki, hadisə Müzəffərnaraq şəhərində baş verib. 

Yeniyetmə qız evin damına çıxaraq, orada asılmış paltarların quruyub-qurumadığına baxmaq istəyib. Bu zaman heyvanlar ona hücum edib və damdan aşağı itələyiblər. 

Hadisə nəticəsində xəsarət alan qız xəstəxanaya çatdırılsa da, həkimlər onun öldüyünü bildiriblər. 

Paylaş

 Xəbəriniz olsun