Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi açıqlanıb

  • Space TV
  • 25 Noyabr 2020 13:44

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 4 min 785 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Spacetv.az xəbər verir ki, Agentlikdən verilən məlumata əsasən, bu dövr ərzində 360 sahibkarlıq subyektinə 1 milyon 889,8 min manat məbləğində güzəştli vəsait ayrılıb.

2020-ci ilin yanvar-oktyabr ayları üzrə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 588 hüquqi və fiziki şəxsə 15,4 milyon manat məbləğində güzəştli kreditlər verilib.

Qeyd edilib ki, güzəştli kreditlərin verilməsi nəticəsində 399 daimi və müvəqqəti iş yeri açılıb.

Paylaş

 Xəbəriniz olsun