Aprelin 5-dən qüvvəyə minən karantin qərarına əsasən əhaliə yaşayış yerlərini tərk etmələrinə yalnız müəyyən zəruri hallarda icazə verilir.

  • Space TV
  • 18 Aprel 2020 12:31

Aprelin 5-dən qüvvəyə minən karantin qərarına əsasən əhaliə yaşayış yerlərini tərk etmələrinə yalnız müəyyən zəruri hallarda icazə verilir. Artıq 12 gündür ki, vətəndaşlar Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun  8103 nömrəsinə SMS məlumat göndərərək yaşayış yerlərini tərk edirlər. Ancaq hələ də yalan məlumatlar göndərənlər kifayət qədər çoxdur.

ASAN Xidmət-in şöbə müdiri Elnur Niftəliyev həmçinin bildirdi ki, vətəndaşlardan ən zəruri hallarda bu sms xidmətindən istifadə etməlidirlər. Sms-in göndərilməsilə bağlı yanlışlığa, və yaxud şəxsiyyət vəsiqəsinin seriyasinda səhvə yol verilərsə bu halda cavab mesajı almaya da bilərsiz. Bu tip suallarla bağlı asan xidmətin 9108 çağrı mərkəzi ilə əlaqə yarada və yaranan suallarla bağlı cavab ala bilərsiniz.

İcazə sistemi fəaliyyə başlayandan elektron hökümət portalının xidmətlərindən biri olan əmək müqavilələrinin bildiriş sistemi vasitəsilə  60 mindən çox əmək müqaviləsi bildirişi qeydə alınıb. Artıq təşkilatlarda  qeyri-rəsmi işlədikləri vətəndaşlarla rəsmi əmək müqaviləsi bağlamağa başlayıblar.

Xatırladaq ki, vətəndaşlar karantin rejimi dövründə yaşayış yerini – təxirəsalınmaz tibbi zərurət və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması; bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar və yaxın qohumunun dəfnində iştirakla əlaqədar tərk edə bilərlər. 

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun