“Apple” şirkəti ucuz “iPhone”lar istehsal edəcək – TARİX BİLİNDİ

  • Space TV
  • 22 Yanvar 2020 16:59

“Apple” şirkəti fevral ayından sərfəli qiymətə “iPhone” istehsal etməyə başlayacaq.

SPACE TV  xəbər verir ki, “Apple” şirkəti yeni modeli mart ayında elan edəcək. Yeni cihazda “Touch ID”ni dəstəkləyən “home” düyməsi olacaq. “Apple” şirkəti “Face ID” funksiyasını yeni modeldə istifadə etməyəcək.

Yeni telefonun “iPhone SE 2” adlandırılacağı iddia olunur. Smartfonun prosesoru hazırkı “Iphone 11” ilə eyni olacaq. Şirkət ucuz smartfon istehsal edərək “Android” cihazlarla rəqabət aparmağa çalışacaq.

Telefonun qiymətinin digər “iPhone” modellərindən ucuz olacağı gözlənilir.

Paylaş

 Xəbəriniz olsun