“Apple” şirkəti “iPhone 11” istehsalını artırır – 8 milyon ədəd…

  • SpaceTV
  • 4 Oktyabr 2019 15:14

Apple” şirkəti “iPhone 11” modeli üçün istehsalı 10%-ə qədər artırıb.

SPACE TV xəbər verir ki, “Nikkei Asian Review”in xəbərinə görə, şirkət 8 milyon ədəd istehsal sifarişi verib. Bununla da, ümumi “iPhone” istehsalı keçən ilə görə artmış olacaq. Daha əvvəl verilən açıqlamalarda tələbin aşağı olması səbəbindən istehsalın keçən ilə nisbətən aşağı səviyyədə olacağı bildirilmişdi.

Qeyd edək ki, “iPhone 11” modeli ABŞ-dakı 699 dollarlıq qiyməti ilə bazara çıxarıldığı 20 sentyabrda “Apple” şirkətinin “büdcə dostu” seçimi olaraq tanıdılmışdı.

Paylaş

 Xəbəriniz olsun