Antoniu Quterreş çağırış edib

  • SpaceTV
  • 10 Sentyabr 2019 12:26

BMT-nin baş katibi Antoniu Quterreş bütün dövlətləri təxirəsalınmaz nüvə sınaqlarının hərtərəfli qaydada qadağısına dair razılaşmanı imzalamağa və təsdiqləməyə çağırıb. Space TV məlumat veirr ki, bu barədə  Quterreş Nüvə sınaqlarına qarşı mübarizənin Beynəlxalq Gününə dəstək üçün BMT-də keçirilən plenar iclasda bildirib.

Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş, lakin bir sıra ölkələr, o cümlədən ABŞ tərəfindən imzalanmadığı və ya təsdiq edilmədiyi üçün qüvvəyə minməmişdi. Rusiya, İngiltərə və Fransa da daxil olmaqla, bütün Avropa ölkələri bu razılaşmanı ratifikasiya edib. 2013-cü ildə ABŞ-ın o zamankı prezidenti Barak Obama 2016-cı ilə qədər müqavilənin ABŞ-da ratifikasiya edilməsini istədiklərini açıqlasa da, bu, baş verməyib. “Müqavilənin qüvvəyə minməsi üçün zəruri olan 44 dövlətdən səkkizi hələ təsdiq etməyib. Bu fürsətdən istifadə etmək istəyirəm və bir daha bütün dövlətləri Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi təxirə salmadan imzalamağa və təsdiqləməyə, digər səkkiz dövləti də təcili olaraq buna qoşulmağa çağırıram”, – deyə Quterreş Nüvə sınaqlarına qarşı mübarizənin Beynəlxalq Gününə dəstək üçün BMT-də keçirilən plenar iclasda bildirib.

Paylaş

 Xəbəriniz olsun