Antik dövrə aid tapıntılar aşkarlandı

  • SpaceTV
  • 10 Oktyabr 2019 14:36

Şəkinin Fazıl kəndində Azərbaycanlı və qazaxıstanlı arxeoloqlar qazıntılar aparır.Qazıntılar AMEA-nın arxeologiya və etnoqrafiya institutunun antik dövr arxeologiyası şöbəsi və Qazaxıstanın Berel arxeoloji qoruğu arasında imzalanan müqaviləyə əsasən aparılır.

Qazıntılar Təpə Başı adlanan ərazidə gedir. Araşdırmalar antik dövrünün izlərini üzə çıxarıb. Arxeoloqların sözlərinə görə, qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə keçidin izlərini daşıyır. Ancaq keçid prosesində ərazidə yaşayan əhali dəyişməyib, sadəcə yeni mədəni dalğa özünü göstərib.

Ərazidə dron vasitəsi ilə də çəkilişlər aparılır. Qazıntıların foto planları hazırlanır, 3D modeli yığılır. İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən və arxeoloq Nəsib Muxtarov tərəfindən yaradılmış “Əbədi süküt labirinti” muzeyində sərgilənəcək. Həmçinin yerli muzeylərə də eksponatlar təqdim ediləcək.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun