Anonim axtarış sistemi “DuckDuckGo” populyarlaşır

  • Space TV
  • 19 Yanvar 2021 17:22

İnternetdə məxfilik tərəfdarlarının yaxşı tanıdığı “DuckDuckGo” axtarış sistemi gündəlik istifadə üzrə rekord müəyyənləşdirib.

Bu barədə “Bleepingcomputer” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən il ərzində axtarış sisteminin gündəlik orta istifadə göstəricisi 62% artıb. Bu il yanvarın 11-də isə 102 milyon axtarış sorğusu olmaqla gündəlik rekord qeydə alınıb. “DuckDuckGo”-nun populyarlığının artması istifadəçilərin öz təhlükəsizliyini təmin etmək istəyindən irəli gəlir.  

Qeyd edək ki, “DuckDuckGo” öz axtarış indeksini “DuckDuckBot” skaneri əsasında qurur. O, öz rəqibi “Google” şirkətinin məlumatlarından istifadə etmir və reklam yerləşdirilməsi ilə pul qazanır.

Paylaş

 Xəbəriniz olsun