Anomal istilər təbiətə öz zərərli təsirlərin göstərməkdədir

  • Space TV
  • 3 Yanvar 2020 17:35

Ötən ilin axırlarından başlayaraq bu ilin ilk günlərinə qədər Sabirabad rayonunda havaların quraq və isti keçməsi fasiləsiz olaraq davam edir. Bu da istər-istəməz taxıl sahələrinə öz mənfi təsirini göstərir. Mütəxəssislərin fikrincə, qış aylarında havaların belə anomal isti və quraq keçməsi həm bitkilərin inkişafını ləngidir, həm də ziyanverici həşaratların və gəmiricilərin aktivləşməsinə gətirib çıxarır. 

Bununla yanaşı havaların quraq və isti keçməsi belə davam edərsə, sahələrdə gələcək məhsuldarlığa da mənfi təsir göstərə bilər.Necə deyərlər, məhsuldarlıq 5-10 faiz aşağı düşər. Mütəxəssislər hesab edirlər ki, nə qədər anomal isti və quraqlıq davam edərsə, taxıl sahələrinə qış fəslində ciddi nəzarət olunmalı, qabaqlayıcı və aqrotexniki tədbirlər həyata keçirilməlidir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun