Ancelina Coli Çörçilin rəsm əsərini 11.5 milyon dollara satdı – FOTO

  • Space TV
  • 3 Mart 2021 10:24

Tanınmış Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın əfsanəvi Baş naziri Uinston Çörçil tərəfindən çəkilmiş “Əl-Kutubiyyə məscidinin minarəsi” adlı rəsm əsərini 11.5 milyon dollara (təxminən 19.5 milyon manat) satıb.

Bu barədə “Kommersant” nəşri məlumat yayıb. Məlumata əsasən, rəsm əsəri “Christie’s” hərracı vasitəsilə özünə yeni alıcı tapıb.

Qeyd edək ki, “Əl-Kutubiyyə məscidinin minarəsi” Çörçil tərəfindən II Dünya müharibəsi illərində çəkilmiş yeganə rəsmdir. Əsər 1943-cü ildə Baş nazir tərəfindən kətana köçürülüb və ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə olunub. Coli isə əsəri 2011-ci ildə satın alıb.

Onun satılmasının səbəbləri, həmçinin yeni sahibinin adı açıqlanmır.

Paylaş

 Xəbəriniz olsun