Anar Cəbrayıllı: “İşğaldan azad olunan ərazilərdə su ehtiyatları ilə bağlı layihəmiz yoxdur”

  • Space TV
  • 1 Fevral 2021 14:20

“Hələ ki, işğaldan azad olunan ərazilərdə su ehtiyatları ilə bağlı hər hansı bir layihəmiz yoxdur”.

Spacetv.az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistin həmin ərazilərdən Bakıya su çəkilişinin nəzərədə tutulub-tutulmaması ilə bağlı sualını cavablandırarkən deyib.

O bildirib ki, həmin mənbələrdən istifadə ilə bağlı gələcəkdə hər hansı layihələr olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək:

“Bakı şəhərinə işğaldan azad olunan ərazilərimizdəki çaylardan, yeraltı sulardan və digər mənbələrdən gələcəkdə suyun çəkilməsi ilə bağlı layihəyə baxılacaq. Bu mövzu hələ ki, gündəmdə deyil”.

Paylaş

 Xəbəriniz olsun