Anamın xalçası üstündə erməninin fotosu vardı… – VİDEO

  • SpaceTV
  • 29 May 2020 15:21

Space TV-də yayımlanan “Sadə Həqiqətlər” verilişinin budəfəki qonağı millət vəkili Musa Urud olub.

Musa Urud Ermənistanda – dədə-baba torpaqlarından didərgin düşməyə məcbur olmalarından danışıb. Həmçinin illər sonra Ermənistana gedə bildiyini, öz evlərinə baş çəkdiyini və evlərində nənəsinin anasına cehiz olaraq verdiyi xalçanın hələ də divardan asılı qaldığını gördüyünü bildirib.

O deyib ki, həmin xalçanın üstündə erməni əsgərin fotosu vurulubmuş.

Millət vəkili anasına məxsus xalçanı pulu ilə ermənidən alıb-gətirmək istəsə də, erməni “o erməni şəklinə görə” satmayıb.

Qeyd edək ki, veriliş 29 may saat 22:00-da Space TV-də efirə gedəcək.

Paylaş

 Xəbəriniz olsun