“Hazırda işğaldan yeni azad edilən Kəlbəcər rayonunda ərazilərin minalardan təmizlənməsinə başlanılmayıb”.
Bunu Spacetv.az-a açıqlamasında Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.
Onun sözlərinə görə, digər yerlərdə isə humanitar dəhlizlərin açılması işləri davam etdirilir:
“Şuşa yolunda da işlər gedir”.