Ana qızının yandırdığı evdə faciəli şəkildə öldü

  • SpaceTV
  • 7 Dekabr 2019 16:39

Türkiyənin Ankara şəhərində qadın içində anası və atası olan evi yandırıb.

“İHA”-nın xəbərinə görə, 36 yaşlı Özləm Koçər binanın ikinci mərtəbəsindəki yaşadığı evi yandırdığı zaman 91 yaşlı yataq xəstəsi olan anası Həvva Koçər faciəli şəkildə ölüb, atasını isə yanğınsöndürənlər son anda xilas edə biliblər.

Yanğının yaratdığı tüstünün təsirindən qonşuluqda yaşayan biri körpə olmaqla 10 nəfərin vəziyyəti narahatlaşıb.

Onlar hadisə yerinə gələn həkimlər tərəfindən müalicə olunub, bəziləri isə xəstəxanaya yerləşdirilib.

Yanğınsöndürənlər bütün sakinləri binadan çıxarıblar.

Hadisədə şübhəli bilinən şizofreniya xəstəsi olduğu deyilən Özləm K. polis idarəsinə aparılıb.

Polis hansı səbəbdən törədildiyi məlum olmayan hadisəni araşdırır.

Paylaş

 Xəbəriniz olsun