Ana övladlarına işgəncə verdi

  • SpaceTV
  • 26 Oktyabr 2019 16:11

Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib.

Rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın öz azyaşlı övladlarını – 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib. Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun