Amsterdamın Qırmızı fənərlər məhəlləsi bağlanır, yeni “erotik mərkəz” açılacaq

  • Space TV
  • 3 Fevral 2021 12:05

Niderlandın paytaxtı Amsterdamın Bələdiyyə Şurası mer Femke Halsemanın Qırmızı fənərlər məhəlləsinin bağlanması təşəbbüsünü dəstəkləyib.

“Report” xəbər verir ki, bunu “Independent” qəzeti yazıb.

Məlumata görə, məhlənin bağlanması turizm siyasətinin yenilənməsi planının bir hissəsidir. Belə ki, rəhbərlik marixuananın sərbəst satışı və seks macəraları ilə assosiasiya olunan paytaxtın imicini dəyişmək istəyir.

Qırmızı fənərlər məhəlləsi tarixi De Vallen rayonunda yerləşir. F.Halsemanın fikrincə, ümumxana vitrinlərindəki seks işçiləri şəhərin simvoluna çevrilib, onlara xoşagəlməz diqqət ayrılır.

Buna son qoymaq üçün meriya şəhərin tarixi bölgəsindən kənarda seks işçiləri üçün “erotik mərkəz” açmağı planlaşdırır. Mərkəzin harada yerləşəcəyi hələlik bəlli deyil.

Merin sözlərinə görə, həmin məhəllənin bağlanması şəhərə yeni turistlərin cəlb olunmasına şərait yaradacaq, ictimai məkanı daha əlçatan edəcək və yaşıl zonaları genişlətməyə imkan verəcək.

Maraqlıdır ki, seks işçiləri arasında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 90 %-i kənar yerə köçmək istəmir, buna səbəb olaraq mərkəzdə həmişə müştərilərin olmasıdır.

Paylaş

 Xəbəriniz olsun