“Amminal” partladı – yaralılar var

  • SpaceTV
  • 4 Noyabr 2019 15:20

Bərdə rayonunda “Amminal” partlayıcı vasitənin partlaması nəticəsində iki nəfər xəsarət alıb. Hadisə rayonun Arabaçılar kəndində qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın əlində “Amminal” partlayıcı vasitə ehtiyatsızlıqdan partlayıb. Nəticədə gənc oğlan və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki,  əlində “Amminal” partlayıcı vasitəsi partlayan gənc  Məmmədli Məhəmməd Elgiz oğludur.

Emin Babayev  SPACE TV

 

Paylaş

 Xəbəriniz olsun